Kateqoriya:
+ -

عَنْ أَبِي نَجِيحٍ العِرْبَاضِ بْنِ سَارِيَةَ رضي الله عنه قَالَ: وَعَظَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَوْعِظَةً وَجِلَتْ مِنْهَا القُلُوبُ، وَذَرَفَتْ مِنْهَا العُيُونُ، فَقُلْنَا: يَا رَسُولَ اللهِ! كَأَنَّهَا مَوْعِظَةُ مُوَدِّعٍ؛ فَأَوْصِنَا، قَالَ:
«أُوصِيكُمْ بِتَقْوَى اللَّهِ، وَالسَّمْعِ وَالطَّاعَةِ، وَإِنْ تَأَمَّرَ عَلَيْكُمْ عَبْدٌ، فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ بَعْدِي فَسَيَرَى اخْتِلَافًا كَثِيرًا، فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الخُلَفَاءِ الرَّاشِدِينَ المَهْدِيينَ، عَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُمْ وَمُحْدَثَاتِ الأُمُورِ؛ فَإِنَّ كُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».

[صحيح] - [رواه أبو داود والترمذي] - [الأربعون النووية: 28]
المزيــد ...

Əbu Nəcih İrbəd bin Səriyə (Allah ondan razı olsun) demişdir: Rəsulullah (sallallahu aleyhi va səlləm) bizə elə təsirli bir moizə etdi ki, bundan qəlblər titrədi və gözlər yaşla doldu. Biz: “Ey Allahın elçisi, sanki bu, vidalaşan birinin moizəsidir. Elə isə bizə tövsiyə et!” – dedik. Rəsulullah (sallallahu aleyhi va səlləm) belə dedi:
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun. Bundan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.

[Səhih] - [Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər] - [الأربعون النووية - 28]

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) qəlbləri qorxuya salan, gözləri yaşardan bəlağətli bir xütbə söylədi. Onlar Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) təsirli çıxışını görüb dedilər: "Ey Allahın Rəsulu, bu sanki vida xütbəsi idi". Onlar Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra gələn dövrlərdə sarıla biləcəkləri məsləhətlər barədə ondan tövsiyələrini istədilər. Buyurdu: Sizə fərzləri yerinə yetirməklə və haramları tərk etməklə izzət və cəlal sahibi olan Allahdan qorxmağı tövsiyə edirəm. Rəhbərlərə tabe olub, itaət etmək. Əgər bir kölə sizin üzərinizdə rəhbər və ya hakimiyyət sahibi olarsa, yəni cəmiyyətin ən aşağı təbəqəsindən olan bir kəs sizə hökmdar olarsa, bundan boyun qaçırmayın və fitnələrin oyanmaması üçün ona itaət edin, çünki sizdən kimə ömür vəfa etsə, çoxlu ixtilaflar görəcək. Sonra onlara bu ixtilafdan çıxış yolunu izah etdi ki, bu da onun yoluna və özündən sonra gələn raşidi xəlifələrin - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli ibn Əbi Talibin (Allah onların hamısından razı olsun) yolundan bərk yapışmaqdır və azı dişləri ilə bu yola sarılmaqdır. Bu misalla sünnəyə əməl etməyin və ondan bərk yapışmağın əhəmiyyətini nəzərdə tuturdu. Onları dindəki bidətlərdən (yeniliklərdən) çəkindirdi, çünki hər bir bidət zəlalətdir.

Hədisin faydalarından

  1. Sünnəyə sarılmaq və ona tabe olmağın əhəmiyyəti.
  2. Moizələrə və qəlblərin yumşalmasına verilən önəm.
  3. Ondan sonra gələn raşidi xəlifələrinə- Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli bin Əbi Talibə (Allah onların hamısından razı olsun) tabe olmağın əmr edilməsi.
  4. Dində yeniliyin qadağan edilməsi və dindəki hər yeniliyin zəlalət olması.
  5. Möminlərə rəhbərlik edən şəxsə -günahlardan başqa- digər məsələlərdə tabe olub, itaət etməyin əmr edilməsi.
  6. Bütün zaman və hallarda izzət və cəlal sahibi olan Allahdan qorxmağın əhəmiyyəti.
  7. Bu ümmətdə ixtilaflar baş verəcək, bu baş verdikdə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və raşidi xəlifələrinin yoluna müraciət etməyin vacibliyi.
Tərcümə: İngiliscə Urduca İndoneziya Banqalca Türkcə Rusca Bosniya Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Almanca Puştu Assam Alban Amhar Qücərat dili Qırğız Nepal Dari Serbiya Tacik Kinyarvanda Macar Çex الموري الولوف Özbək Ukrain الجورجية المقدونية الخميرية
Tərcümələrə baxmaq
Kateqoriyalar
Əlavə