عَنْ حُمْرَانَ مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ رضي الله عنه:
أَنَّهُ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ مِنْ إِنَائِهِ، فَغَسَلَهُمَا ثَلَاثَ مَرَّاتٍ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَنْثَرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثًا، وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ثَلَاثًا، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلَاثًا، ثُمَّ قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ نَحْوَ وُضُوئِي هَذَا، وَقَالَ: «مَنْ تَوَضَّأَ نَحْوَ وُضُوئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحَدِّثُ فِيهِمَا نَفْسَهُ غَفَرَ اللهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».
المزيد
Osman ibn Əffanın (Allah ondan razı olsun) köləlikdən azad etdiyi Humran rəvayət edir ki, Osman (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su istədi. (Su gəlincə) qabdan əllərinə su tökərək əllərini üç dəfə yudu. Sonra sağ əlini qaba salıb su aldı sonra o su ilə həm ağzını yaxaladı, həm də burnunun içinə su səkdi sonra da suyu burnundan ifraz etdi. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dirsəklərə qədər yudu. Sonra başına məsh çəkdi. Sonra hər bir ayağını üç dəfə yudu. Sonra da belə dedi: Mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. O (dəstəmaz alıb qutardıqdan sonra) belə dedi: "Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar sonra qəlbindən heç bir şey keçirtmədən iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar".