عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صلى الله عليه وسلم أنه قال:
«وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 153]
المزيــد ...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 153]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha and içir ki, bu ümmətdən istər yəhudi, istər xristian, istərsə də başqa bir millətin nümayəndəsinə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama çağırışı, dəvəti çatarsa, sonra ona iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olub, orada əbədi qalar.