+ -

عَنْ زِيَادِ بْنِ لَبِيدٍ رضي الله عنه قَالَ:
ذَكَرَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا، فَقَالَ: «ذَاكَ عِنْدَ أَوَانِ ذَهَابِ الْعِلْمِ» قُلْتُ: يَا رَسُولَ اللَّهِ، وَكَيْفَ يَذْهَبُ الْعِلْمُ، وَنَحْنُ نَقْرَأُ الْقُرْآنَ وَنُقْرِئُهُ أَبْنَاءَنَا وَيُقْرِئُهُ أَبْنَاؤُنَا أَبْنَاءَهُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ؟ قَالَ: «ثَكِلَتْكَ أُمُّكَ زِيَادُ، إِنْ كُنْتُ لَأُرَاكَ مِنْ أَفْقَهِ رَجُلٍ بِالْمَدِينَةِ، أَوَلَيْسَ هَذِهِ الْيَهُودُ وَالنَّصَارَى يَقْرَؤونَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ، لَا يَعْمَلُونَ بِشَيْءٍ مِمَّا فِيهِمَا؟!».

[صحيح لغيره] - [رواه ابن ماجه] - [سنن ابن ماجه: 4048]
المزيــد ...

Ziyad bin Ləbid (Allah ondan razı olsun) demişdir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir məsələni qeyd edib dedi: "Bu, elmin yoxa çıxacağı zaman baş verəcək". Mən dedim: "Ey Allahın Rəsulu! Biz Quranı oxuduğumuz və övladlarımıza oxutdurduğumuz halda, onlar da Qiyamətə qədər özlərinin və övladlarının oxuduqları halda elm necə yoxa çıxa bilər?" O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Anan səni itirsin ey Ziyad, mən səni Mədinədə ən fəqih şəxslərdən hesab edirdim, məgər yəhudi və xristianlar tövrat və incili oxumurlarmı?! Lakin, bu iki kitabda olan elmdən qafildirlər".

[Başqasıyla səhih olan] - [İbnu Məcə rəvayət etdi] - [Sünən İbn Məcəh - 4048]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələri ararsında ikən onlara belə deyir : Bu dövr, elmin insannlardan uzaqlaşdığı və qaldırıldığı zamandır. Ziyad bin Ləbid (Allah ondan razı olsun) təəccüblənərək Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) sual verdi: Dedi: Elm bizdən necə çəkilib qaldırıla bilər?! Halbuki Quranı oxuduq və onu əzbərlədik; Allaha and olsun ki, onu oxumağa, qadınlarımıza və uşaqlarlarımıza və onların övladlarına oxutdurmağa davam edəcəyik. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) təəccüblə dedi: Anan səni itirsin Ey Ziyad! Səni Mədinənin alimlərindən hesab edirdim. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, elmi itirmək Quranı itirmək demək deyil, elmi itirmək - Quranda olan əmrlərə əməl etməmək deməkdir. Yəhudi və xristianların əllərində tövrat və incilin mövcud olmasına baxmayaraq, onlara fayda vermədi, bu iki kitabın məramından xeyirli nəticə çıxarmadılar, məram və məqsəd isə bildiklərinə əməl emələri idi.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İnsanların əlində Quran və digər kitaların olması əməlsiz onlara fayda vermir.
  2. Elmin itməsi bir sıra səbəblərlə baş verir ki, bunlardan da: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümü, alimlərin ölümü və elmə əməl etməyin tərkidir.
  3. Qiyamətin əlamətlərindən biri də, elmin itməsi və elmə əməl etməyin tərk olunmasıdır.
  4. Elmlə əməl etməyə təşviq, çünki bu əsas məqsəddir.