عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: لَأُحَدِّثَنَّكُمْ حَدِيثًا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يُحَدِّثُكُمْ بِهِ أَحَدٌ غَيْرِي: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِنَّ مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يُرْفَعَ العِلْمُ، وَيَكْثُرَ الجَهْلُ، وَيَكْثُرَ الزِّنَا، وَيَكْثُرَ شُرْبُ الخَمْرِ، وَيَقِلَّ الرِّجَالُ، وَيَكْثُرَ النِّسَاءُ حَتَّى يَكُونَ لِخَمْسِينَ امْرَأَةً القَيِّمُ الوَاحِدُ».
المزيد
Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Sizə, məndən başqa kimsənin rəvayət etməyəcəyi Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim hədisi danışacam. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək.