عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال:
«مَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 47]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 47]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha və dönəcəyi axirət gününə iman gətirən mömin barədə bəhs edir, etdiyi əməlin müqabilini alacağı barədə xəbər verir. İmanı onu aşağıdakı xüsusi keyfiyyətlərə yiyələnməsinə təşviq edir:
Birincisi: Təsbih (Subhəna-Allah), təhlil (lə iləhə iləlla-Allah), xeyir işlərə çağırmaq və qadağalardan çəkindirmək, insanların arasını gözəl sözlərlə islah etmək kimi xoş ifadələr. Bunu etmək iqtidarında olmazsa, susmalı, əziyyət verməkdən çəkinməli və dilini pislikdən qorumalıdır.
İkincisi: Qonşuya qarşı ehtiramla yanaşmaq: ona xeyirxahlıq etmək, əziyyət verməmək.
Üçüncüsü: Səni ziyarətə gələn qonağa: gözəl söz, yemək təqdim etmək və buna bənzər səxavətli əməllərlə yaxşılıq etmək.

Hədisin faydalarından

  1. Allaha və axirət gününə iman etmək bütün xeyirlərin əsasıdir, iman xeyir işlər görməyə həvəsləndirir.
  2. Dilin bəlalarından çəkindirmək.
  3. İslam dini ülfət, birlik və səxavət dinidir.
  4. Bu xüsusiyyətlər imanın şaxələrindən və tərifəlayiq ədəblərdəndir.
  5. Çox danışmaq bəzən bəyənilməyənə və ya haram sözə gətirib çıxara bilər, salamatlıq yalnız xeyir söyləməkdədir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (66)