1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir" - deyə buyurdu

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّهُ قَالَ:
قِيلَ: يَا رَسُولَ اللهِ، مَنْ أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَقَدْ ظَنَنْتُ يَا أَبَا هُرَيْرَةَ أَنْ لَا يَسْأَلَنِي عَنْ هَذَا الْحَدِيثِ أَحَدٌ أَوَّلُ مِنْكَ؛ لِمَا رَأَيْتُ مِنْ حِرْصِكَ عَلَى الْحَدِيثِ، أَسْعَدُ النَّاسِ بِشَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ، مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ»».

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilən bir hədisdə o, belə demişdir:
Allah Rəsulundan - salləllahu aleyhi va səlləm: "Ey Allahın Rəsulu! Qiyamət günü sənin şəfaətinə nail olan ən xoşbəxt insan kimdir?" deyərək soruşuldu. Allah Rəsulu - salləllahu aleyhi va səlləm: "Ey Əbu Hureyra, hədis öyrənməyə həris olduğunu gördüyüm üçün bu hədis barədə səndən əvvəl kimsənin məndən soruşmayacağını zənn etmişdim. Qiyamət günü şəfaətimə nail olan ən xoşbəxt insan qəlbindən və ya içindən ixlasla “Lə iləhə illallah” deyən kimsədir" - deyə buyurdu.

Səhih Əl-Buxari rəvayət etdi Sahihul-Buxari - 99

Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə qiyamət günü şəfaətinə nail olan ən xoşbəxt insanın qəlbindən ixlasla: "Lə iləhə illallah" yəni, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur deyən, şirkdən və riyadan uzaq olan kimsə olacağını xəbər vermişdir.

Hədisin faydalarından

  1. Peyğəmbərə - salləllahu aleyhi va səlləm- axirətdə şəfaət etmək hüququ veriləcəkdir. Bu şəfaət də ancaq tövhid əhli üçündür.
  2. Peyğəmbərin - salləllahu aleyhi va səlləm - şəfaəti tövhid əhlindən Cəhənnəmə layiq olanların girməməsi və Cəhənnəmə girənlərin də oradan çıxması üçün vasitəçi olmasıdır.
  3. Allah üçün ixlaslı bir şəkildə tövhid kəlməsini söyləməyin fəziləti və böyük təsiri vardır.
  4. Tövhid kəlməsinin tətbiq edilməsi, bu kəlmənin mənasını bilərək və tələblərinə əməl edərək olur.
  5. Əbu Hureyranın - Allah ondan razı olsun - fəziləti və elmə olan hərisliyi.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو