1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Hədis və ona aid elimlər

Hədis Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var

عن المقدام بن معدِيْكَرِب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«أَلَا هَلْ عَسَى رَجُلٌ يَبْلُغُهُ الْحَدِيثُ عَنِّي وَهُوَ مُتَّكِئٌ عَلَى أَرِيكَتِهِ فَيَقُولُ: بَيْنَنَا وَبَيْنَكُمْ كِتَابُ اللهِ، فَمَا وَجَدْنَا فِيهِ حَلَالًا اسْتَحْلَلْنَاهُ، وَمَا وَجَدْنَا فِيهِ حَرَامًا حَرَّمْنَاهُ، وَإِنَّ مَا حَرَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا حَرَّمَ اللهُ».

Miqdəd bin Madikərib (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
"Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var, orada nəyi halal gördüksə, onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik". Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir".

Səhih Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi Sünən Ət-Tirmizi - 2664

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir qrup insanın toplaşdığı məclisdə, onlardan birinin öz oturacağının qoltuğuna söykəndiyi halda Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bir hədis deyildikdə, o hədis barədə: "Bizimlə sizin aranızdakı məsələlərdə hökm verən Qurani Kərimdir və o bizə kifayətdir, orada nə halal tapsaq ona əməl edərik və nə haram görsək ondan uzaqlaşarıq" deməsi zamanı artıq yaxınlaşmışdır. Sonra Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, onun sünnəsində haram etdiyi və ya qadağan etdiyi hər şey Allahın haram etdiyinin hökmü kimidir, çünki o, öz Rəbbinin hökmlərini çatdırır.

Hədisin faydalarından

  1. Sünnənin Quran kimi təzim edilməsi və ondan şəriət əhkamlarının götürülməsi.
  2. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət Allaha itaətdir, ona asi olmaq isə Uca Allaha asi olmaqdır.
  3. Sünnənin hüccət olmasının sübutu və sünnəni qəbul etməyib inkar edənlərə cavab.
  4. Kim sünnədən üz çevirib, yalnız Quranla kifayətlənməyi iddia edərsə, o, onların hər ikisindən üz çevirmiş olur və Qurana tabeçiliyindəki iddiasında yalançıdır.
  5. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) gələcəkdə baş verəcək şeylər haqqında xəbər verməsi peyğəmbərliyin sübutudur və xəbər verdiyi kimi baş tutur.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
YAO Yao الياو
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو