عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ»، قَالُوا: يَا رَسُولَ اللهِ وَمَا هُنَّ؟ قَالَ: «الشِّرْكُ بِاللهِ، وَالسِّحْرُ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللهُ إِلَّا بِالْحَقِّ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ الْغَافِلَاتِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2766]
المزيــد ...
Əbu Hureyrədən -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir:
"Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər -salləllahu aleyhi va səlləm- buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 2766]
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə ümmətinə yeddi həlak edici günahlardan uzaq durmalarını əmr edir. Peyğəmbərdən -salləllahu aleyhi va səlləm- bu günahların hansı günahlar olduğu sorulunca, Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu günahları onlara açıq-aydın bəyan edərək belə dedi:
Birinci: Uca Allaha şəkil və görünüşündən asılı olmayaraq hər hansı bir şeyi Ona oxşadaraq və ya bənzədərək tay tutmaqla yaxud ibadətin hər hansı bir növünü Uca Allahdan başqasına sərf etməklə şərik qoşmaq. Peyğəmbər -salləllahu aleyhi va səlləm- böyük günahları sayarkən birinci Allaha şərik qoşmaqdan başladı, çünki Allaha şərik qoşmaq günahların ən böyüyüdür.
İkinci: Sehir etmək. -Sehir: düyünlərdən, ovsunlardan, dərmanlardan və tüstülərdən ibarət bir əməldir- Sehir, sehir edilmiş kimsənin bədəninə, onu qətlə yetirməklə və ya xəstələndirməklə yaxud ərlə-arvadın arasını ayırmaqla təsir göstərir. Sehir, şeytani əməldir. Sehirbazlar çox vaxt sehiri, Allaha şərik qoşmaqla və xəbis(murdad) ruhlara onların sevdikləri əməlləri edərək yaxınlaşmaqla edirlər.
Üçüncü: Şəri dəlil olmadan Uca Allahın qadağan etdiyi bir nəfsi qətlə yetirmək. Əgər bir kimsəni qətlə yetirmək üçün şəri dəlil(əsaslanma) olarsa, o zaman bu, fərdi şəxslərin deyil, hakimin göstərişi altında həyata keçirilməlidir.
Dördüncü: Sələm yemək yaxud müxtəlif yollarla sələmdən yararlanmaq.
Beşinci: Atası ölmüş, həddi-büluğa çatmayan yetim uşağın malını haqsız yerə yemək.
Altınci: Kafirlərə qarşı edilən döyüşdən qaçmaq.
Yeddinci: İsmətli və azad qadınları və kişiləri zinada ittiham etmək.