+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعَلْ فِي أَنْفِهِ ثُمَّ لِيَنْثُرْ، وَمَنِ اسْتَجْمَرَ فَلْيُوتِرْ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي وَضُوئِهِ، فَإِنَّ أَحَدَكُمْ لاَ يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ». ولفظ مسلم: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا، فَإِنَّهُ لَا يَدْرِي أَيْنَ بَاتَتْ يَدُهُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 162]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin, (gecə) yuxudan oyandıqdan sonra, əlini dəstəmaz almaq üçün qaba salmadan öncə yusun, çünki o, əlinin harada gecələdiyini bilmir." İmam Muslimin rəvayət etdiyi ifadə bu cürdür: "Sizlərdən biriniz yuxudan oyanarsa, əlini üç dəfə yumadan qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 162]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) təmizlənməyin bəzi əhkamlarını açıqlamışdır, bunlardan: Birincisi: Kim dəstəmaz alarsa, suyu burnuna nəfəsiylə çəkməli, sonra nəfəsiylə də çıxarmalıdır. İkincisi: Kim təbii ehtiyacını ödədikdən sonra önünü və ya arxasını sudan savayı başqa vasitəylə, məsələn, daş parçası və buna bənzər vasitələrlə təmizləmək istəsə, onu tək sayda, ən azı üç, ən çoxu isə nəcasətin çıxışını dayandıracaq və həmin yeri təmizləyəcək miqdarda etməlidir. Üçüncüsü: Gecə yuxusundan oyanan şəxs dəstəmaz almaq üçün üç dəfə əlini qabın xaricində taki yumayınca, onu qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir və nəcasətə bulaşdığından əmin də deyil. Və ola bilər ki, şeytan suyu qarışdıraraq insanlara zərərli və ya suyu korlayan şeyləri ona əlavə etsin.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Dəstəmazda istinşaq vacibdir ki, bu da - nəfəslə buruna su daxil etməkdir. Həmçinin istinsar da vacibdir ki, bu da nəfəslə burundan suyu çıxartmaqdır.
  2. İfrazatdan sonra sudan başqa digər vasitələrlə təmizlənməyin, isticmarın tək olaraq edilməsinin müstəhəb olması.
  3. Gecə yuxusundan sonra əlləri üç dəfə yumaq buyurulmuşdur.