1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fiqh və onun üsulu

Hədis “İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”

عَن ابنِ عباسٍ رضي الله عنهما أنَّ رسولَ اللهِ صلي الله عليه وسلم قال:
«لَو يُعطَى النّاسُ بدَعواهُم لادَّعَى رِجالٌ أموالَ قَومٍ ودِماءَهُم، ولَكِنَّ البَيِّنَةَ على المُدَّعِى، واليَمينَ على مَن أنكَرَ».

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”.

Səhih رواه البيهقي السنن الكبرى للبيهقي - 21243

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, əgər insanlara dəlil və sübut olmadan sadəcə iddiaları əsasında (istədikləri) verilsə idi, onlar başqalarının malını və qanını tələb edərdilər, lakin iddiaçıya tələb etdiyi şey üçün dəlil və sübut təqdim etməsi vacibdir. Əgər tələb etdiyi şeyə dəlil və sübutu yoxdursa, o zaman iddia, cavabdeh qismində olan şəxsə təqdim edilir. Əgər o, bunu inkar edərsə, o zaman and içməlidir və bununla da o, bəraət qazanar.

Hədisin faydalarından

  1. İbn Dəqiq Əl-İd (Allah ona rəhmət etsin) demişdir: Bu hədis şəriət hökmlərinin əsaslarından bir əsasdır, ixtilaf və mübahisə zamanı ən böyük qayıdış yeridir.
  2. Şəriət insanların malını və qanını manipulyasiyadan qorumaq üçün gəlmişdir.
  3. Hakim öz biliyinə əsaslanaraq hökm çıxarmır, yalnız sübutlara əsaslanır.
  4. İstər insanların hüquq və münasibətləri, istərsə də iman və elm məsələlərində olsun, dəlillərə əsaslanmayan bütün iddialar rədd olunur.

Tərcümələrə baxmaq

61 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو