عَنْ ‌الزُّبَيْرِ بْنِ الْعَوَّامِ قَالَ:
لَمَّا نَزَلَتْ: {ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ} [التكاثر: 8]، قَالَ الزُّبَيْرُ: يَا رَسُولَ اللهِ، وَأَيُّ النَّعِيمِ نُسْأَلُ عَنْهُ، وَإِنَّمَا هُمَا الْأَسْوَدَانِ التَّمْرُ وَالْمَاءُ؟ قَالَ: «أَمَا إِنَّهُ سَيَكُونُ».

[حسن] - [رواه الترمذي وابن ماجه] - [سنن الترمذي: 3356]
المزيــد ...

Zubeyr bin Avvamdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir:
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.

[Həsən] - [Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3356]

Şərh (izah)

Bu ayə nazil olduqda: {Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. Yəni: Allahın sizə bəxş etdiyi nemətlərə şükür edib, etmədiyinizdən dolayı hesaba çəkiləcəksiniz. Zubeyr bin Avvam (Allah ondan razı olsun) bunu eşidincə: Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Bu iki nemət, sorğu-sualı gərəkdirməyən iki nemətdir dedi.
Bunun eşidən Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Siz mütləq sizə bəxş edilən nemətlər barədə hesaba çəkiləcəksiniz. Çünki bu iki nemət, Uca Allah nemətlərindən, iki əzəmətli nemətdir.

Hədisin faydalarından

  1. Nemətlər üçün Uca Allaha şükür etmənin önəmi.
  2. Qul, qiyamət günü kiçik və ya böyük olmasından aslı olmayaraq ona verilmiş bütün nemətlər barədə hesaba çəkiləcəkdir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (57)