+ -

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ الْإِيمَانَ لَيَخْلَقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَخْلَقُ الثَّوْبُ الْخَلِقُ، فَاسْأَلُوا اللَّهَ أَنْ يُجَدِّدَ الْإِيمَانَ فِي قُلُوبِكُمْ».

[صحيح] - [رواه الحاكم والطبراني] - [المستدرك على الصحيحين: 5]
المزيــد ...

Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Paltar köhnəldiyi kimi içinizdəki iman da köhnəlir. Allahdan qəlblərinizdəki imanın yenilənməsini istəyin.

[Səhih] - [Əl-Hakim və Ət-Tabarani rəvayət etdi] - [Əl-Müstədrək aləs-sahiheyni - 5]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uzun müddət isifadə olunan yeni geyim köhnəldiyi kimi, müsəlmanın qəlbindəki iman da köhnəlir və zəifləyir. Bu, ibadətdəki zəiflik, günahlara bulaşmaq və şəhvətlərə qapılmaq səbəbilədir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi uca Allaha imanımızın təzələnməsi üçün dua etməyə, fərzləri yerinə yetirməyə və çoxlu zikr və istiğfar etməyə istiqamətləndirir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Allahdan sabitlik və qəlblərmizdəki imanın yeniləməsini diləməyə təşviq etmək.
  2. İman söz, əməl və etiqaddır, itaətlə artır, günahla azalır.