Kateqoriya: Əqidə . Adlar və hökmlər . Nifaq .
+ -

عَنِ ابْنِ عُمَرَ رضي الله عنهما عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ:
«مَثَلُ الْمُنَافِقِ، كَمَثَلِ الشَّاةِ الْعَائِرَةِ بَيْنَ الْغَنَمَيْنِ تَعِيرُ إِلَى هَذِهِ مَرَّةً وَإِلَى هَذِهِ مَرَّةً».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2784]
المزيــد ...

İbn Ömərdən (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir:
"Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2784]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) münafiqin halını bəyan edərək bildirir ki, o iki qoyun sürüsü arasında tərəddüd edən qoyun kimidir, bilmir hansına qoşulsun. Bəzən bir sürüyə gedər, bəzən də digərinə. Və onlar imanla küfr arasında tərəddüddə qalıblar, zahirən və daxilən nə möminlərlə, nə də kafirlərlə birlikdədirlər. Lakin, zahirən möminlərlə olsalar da, daxilən şəkk və tərəddüd içərsindədirlər, gah möminlərə, gah da kafirlərə meyil edərlər.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəfis üslublarından biri də danışdığı hədisləri daha aydın və düzgün çatdırmaq üçün misal gətirməkdən istifadə etməsidir.
  2. Münafiqlərin qeyri sabit, şəkk və tərəddüddə olmalarının açıqlaması.
  3. Münafiqlərin halından çəkindirmək, zahiri və daxili imanda sadiqliyə və əzimkarlığa təşviq etmək.
Kateqoriyalar