عن أبي هريرة رضي الله عنه قال:
لَعَنَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الرَّاشِيَ وَالْمُرْتَشِيَ فِي الْحُكْمِ.

[صحيح] - [رواه الترمذي وأحمد] - [سنن الترمذي: 1336]
المزيــد ...

Əbu Hureyra (Allah ondan razı olsun) demişdir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hökm verərkən rüşvət verənə və rüşvət alana lənət etmişdir.

[Səhih] - [Ət-Tirmizi və Əhməd rəvayət ediblər] - [Sünən Ət-Tirmizi - 1336]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) rüşvət verənə və rüşvət alana Allahın rəhmətindən uzaq olması və qovulması üçün bəd dua etmişdir.
Bura, rüşvət verənin istədiyini haqsız yerə əldə edə bilməsi üçün hökm verdiyi məsələdə rüşvət alan hakimlər də daxildir.

Hədisin faydalarından

  1. Rüşvət vermək, rüşvət almaq və bu işdə araçılıq etmək, batilə yardım və kömək olunduğu üçün haramdır.
  2. Rüşvət böyük günahlardandır. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) rüşvət alana da verənə də lənət etmişdir.
  3. Rüşvət, məhkəmə və hökm məsələlərində, hakimləri insanlara zülüm etməyə və Allahın endirdiyindən başqası ilə hökm yerməyə sövq etdiyi üçün ən ağır və ən böyük günahdır.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (59)
Əlavə