+ -

عَن سَهْلِ بْنِ حُنَيْفٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ سَأَلَ اللهَ الشَّهَادَةَ بِصِدْقٍ بَلَّغَهُ اللهُ مَنَازِلَ الشُّهَدَاءِ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1909]
المزيــد ...

Səhl bin Huneyfdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1909]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim Allah yolunda şəhadət və ölümü istəyərsə və bu niyyətində izzət və cəlal sahibi olan Allah üçün sadiq və ixlaslı olarsa, cihadda deyil, hətta yatağında ölsə belə, Allah ona, səmimi niyyətinə görə şəhidlərin dərəcələrini nəsib edər.

Hədisin faydalarından

  1. Səmimi niyyət və bacarılanı etmək, tələb olunan əməl görülməsə belə, nəzərdə tutulan əcrə və savaba nail olmaq üçün səbəbdir.
  2. İzzət və Cəlal sahibi Allah yolunda cihad etmək və şəhadəti istəməyə rəğbətləndirmə.
  3. Uca Allahın bu ümmətə olan ikramı(ehtiramı), çünki ona az bir əməllə cənnətdə ən yüksək dərəcələr bəxş edir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq