+ -

عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قالَ:
«لاَ يُؤْمِنُ أَحَدُكُمْ، حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 13]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Sizlərdən biriniz özü üçün istədiyini qardaşına istəmədikcə (kamil) iman gətirmiş olmaz."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 13]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq şəkildə bildirmişdir ki, hər bir müsəlman özü üçün sevdiyi itaətləri, dində və dünyada olan xeyir növlərini qardaşı üçün istəmədikcə, özü üçün sevmədiyi şeyi də onun üçün sevməyənə qədər onun imanı kamil olmaz. Buna görə də o, müsəlman qardaşının dinində bir nöqsan görərsə, onu düzəltməyə çalışar, onda xeyir görərsə onu xeyirə istiqamətləndirər və ona yardım edər, din və dünya işlərində ona nəsihət edər.

Hədisin faydalarından

  1. İnsanın özü üçün sevdiyini qardaşı üçün də sevməsinin vacibliyi. Çünki özü üçün sevdiyini qardaşı üçün sevməyən bir kəsdən imanın inkar olunması bunun vacibliyinə dəlalət edir.
  2. Allah üçün olan qardaşlıq nəsil (qan) qardaşlığından üstündür, ona görə də onun haqqı daha vacibdir.
  3. Aldatma, qeybət, həsəd, müsəlmanın özünə, malına və namusuna təcavüz kimi sevgiyə zidd olan bütün söz və hərəkətlərin haram olması.
  4. (İnsanı) həvəsləndirəcək- "Qardaşına” sözü kimi bəzi sözlərdən istifadə etmək “
  5. Əl-Kirmani-rahiməhullah-demişdir: “Özünün sevmədiyi şərri qardaşı üçün də sevməməyi imandandır və o, bunu qeyd etməmişdir. Çünki bir şeyi sevmək onun əksinə nifrət etməyi zəruri edir, ona görə də (qeyd olunanlarla)
  6. kifayətlənərək bunu deməmişdir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq