+ -

عَنْ عَلِيٍّ رضي الله عنه قَالَ:
كُنْتُ رَجُلًا مَذَّاءً وَكُنْتُ أَسْتَحْيِي أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانِ ابْنَتِهِ فَأَمَرْتُ الْمِقْدَادَ بْنَ الْأَسْوَدِ فَسَأَلَهُ فَقَالَ: «يَغْسِلُ ذَكَرَهُ وَيَتَوَضَّأُ». وَلِلبُخَاريِّ: فَقَالَ: «تَوَضَّأْ وَاغْسِلْ ذَكَرَكَ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 303]
المزيــد ...

Əlidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın". Buxarinin qeyd etdiyi rəvayətdə isə: "Dəstəmaz al və cinsi orqanını yu" demişdir.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 303]

Şərh (izah)

Əli bin Əbu Talib (Allah ondan razı olsun) xəbər verir ki, tez-tez ondan məzi çıxardı, bu da şəhvət zamanı və ya cinsi əlaqədən öncə kişidə cinsi orqanından axan ağ nazik yapışqan mayedir. Nə edəcəyini bilmir və Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşmağa utanır, çünki xanımı Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qızıdır. Buna görə Miqdad bin Əl-Əsvəddən xahiş edir ki, Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bu haqda soruşsun. Allah Rəsulu da (Allahın salavatı və salamı onun üzərinə olsun) cinsiyyət orqanını yumasını, sonra isə dəstəmaz almasını bildirir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Əli bin Əbi Talibin (Allah ondan razı olsun) fəziləti, çünki onun həya etməsi, dolayı yolla olsa belə sual verməyə mane olmadı.
  2. Sual soruşmaq üçün digər şəxsdən xahiş etməyin caizliyi.
  3. Fayda üçün insanın özündə mövcud olan utandırıcı bir hal barədə xəbər verməsinin icazəli olması.
  4. Məzinin nəcis olması, bədənin və paltarın ondan yuyub təmizlənməsinin vacibliyi.
  5. Məzinin çıxması dəstəmazı pozan amillərdəndir.
  6. Başqa bir hədisdə qeyd olunduğu kimi, cinsi orqanının və xayaların yuyulması vacibdir.
Əlavə