1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«الْمُؤْمِنُ الْقَوِيُّ، خَيْرٌ وَأَحَبُّ إِلَى اللهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ، وَفِي كُلٍّ خَيْرٌ، احْرِصْ عَلَى مَا يَنْفَعُكَ، وَاسْتَعِنْ بِاللهِ وَلَا تَعْجَزْ، وَإِنْ أَصَابَكَ شَيْءٌ، فَلَا تَقُلْ لَوْ أَنِّي فَعَلْتُ كَانَ كَذَا وَكَذَا، وَلَكِنْ قُلْ قَدَرُ اللهِ وَمَا شَاءَ فَعَلَ، فَإِنَّ (لَوْ) تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır. Sənə faydalı olan şeylərə həris ol. Allahdan yardım istə və acizlik etmə. Başına bir müsibət gəldiyi zaman "əgər belə etsəydim bu cür olardı, belə olardı" demə. Lakin de ki, "Allahın qədəridir və O, istədiyini edir". Çünki "əgər" kəliməsi şeytanın edəcəyi işlərə qapı açır".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 2664

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, hər bir mömin xeyirlidir. Lakin imanı, əzmi, malı və digər cəhətləri ilə güclü olan mömin, Allah üçün zəif mömindən daha xeyirli və daha sevimlidir. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) mömin olan kəsə Uca Allaha etimad edərək, Ondan yardım istəyərək və ona təvəkkül edərək, özünə fayda verəcək, dünya və axirətlə bağlı işlərdə səbəbləri götürməsini tövsiyə etmişdir. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər iki dünyada faydalı olan işləri etməkdə acizlik göstərməyi, tənbəllik etməyi və qəfləti qadağan etdi. Əgər mömin Allahdan kömək istəyərək səylə çalışarsa və səbəblərdən yapışarsa və Allahdan xeyir istəyərsə, o zaman bütün işlərini yalnız Allaha həvalə etməli və Uca Allahın seçiminin daha xeyirli olduğunu bilməlidir. Bundan sonra başına bir müsibət gələrsə belə deməsin: "Əgər belə etsəydim, belə olardı". Qədərə etiraz edərək, olub keçənlərə kədərlənərək "əgər və ya kaşki" demək şeytana qapı açır. Lakin təslimiyyət və razılıqla "Allahın qədəridir və O, istədiyini edir" desin. Baş verən hər şey Allahın istədiyi kimi olmuşdur. Çünki O, istədiyini edəndir. Onun hökmünü rədd edəcək (ortadan qaldıracaq) və hökmünü qınayacaq heç kim yoxdur.

Hədisin faydalarından

  1. İnsanların imanlarına görə fərqlənməsi.
  2. Əməllərdə qüvvətli olmağın sevilməsi, çünki güc ilə əldə edilən faydalar zəifliklə əldə edilmir.
  3. İnsan özünə fayda verən şeylərə həris olmalı, ona fayda verməyən şeyləri isə tərk etməlidir.
  4. Mömin bütün işlərində Allahdan kömək istəməli, özünə güvənməməlidir.
  5. Qəza və qədəri isbat etmək. Bu xeyir əldə etmək üçün səbəblərdən yapışmağı və çalışmağı inkar etmir.
  6. Müsibət zamanı qəzəblənərək "əgər" deməyin qadağan edilməsi və Uca Allahın qəza və qədərinə etiraz etməyin haramlığı.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية