+ -

عَنْ أَنَسٍ رَضيَ اللهُ عنهُ قَالَ:
ضَحَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشَيْنِ أَمْلَحَيْنِ أَقْرَنَيْنِ، ذَبَحَهُمَا بِيَدِهِ، وَسَمَّى وَكَبَّرَ، وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5565]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə ağ-qara buynuzlu iki qoç qurban kəsdi və "Bismilləh, Allahu Əkbər!" dedi və ayağını onların boynuna qoydu.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 5565]

Şərh (izah)

Ənəs (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qurban bayramı günündə əli ilə ağ-qara buynuzlu iki qoç kəsdi və dedi: "Bismilləh, Allahu Əkbər!" və ayağını onun boynuna qoydu.

Hədisin faydalarından

  1. Qurban kəsməyin məşru(İslam şəriətindən) olması və müsəlmanlar bunun üzərində ittifaq etmişlər.
  2. Gözəl görkəminə, piyi və əti daha yaxşı olduğuna görə qurbanlığın Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) kəsdiyi cinsdən olması daha yaxşıdır.
  3. Nəvəvi demişdir: “Bu hədisdə insanın öz qurbanını şəxsən özü kəsməsinin müstəhəb olduğu bildirilir. Üzrlü səbəb olmadan qurbanı başqasına kəsməyə həvalə etməməlidir. Lakin zərurət olduqda başqasına tapşırarsa, bu zaman onun kəsilməsində iştirak etməsi (yəni: orada olması) müstəhəbdir. Əgər bu işi bir müsəlmana həvalə etsə, bu ixtilaf olmadan icazəlidir”.
  4. İbn Həcər demişdir: “Bu hədisdə qurban kəsərkən: "Bismilləh" və “Allahu Əkbər” deməyin və həmçinin ayağını qurbanın boynunun sağ tərəfinə qoymağın müstəhəbliyinə işarə vardır. Alimlər yekdilliklə bildirmişlər ki, heyvan sol tərəfi üstə uzadılmalıdır, kəsən şəxs isə sağ ayağını heyvanın sağ tərəfinə qoymalıdır ki, sağ əli ilə bıçağı tutmaq, sol əli ilə də başını saxlamaq daha asan olsun”.
  5. Buynuzlu heyvanın qurban kəsilməsi müstəhəbbdir, lakin başqası da icazəlidir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Dari Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية الخميرية الماراثية
Tərcümələrə baxmaq