+ -

عَنْ عَبْدِ اللَّهِ بِن مَسْعُودٍ رضي الله عنه قَالَ:
سَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ العَمَلِ أَحَبُّ إِلَى اللَّهِ؟ قَالَ: «الصَّلاَةُ عَلَى وَقْتِهَا»، قَالَ: ثُمَّ أَيٌّ؟ قَالَ: «ثُمَّ بِرُّ الوَالِدَيْنِ» قَالَ: ثُمَّ أَيٌّ؟ قَالَ: «الجِهَادُ فِي سَبِيلِ اللَّهِ» قَالَ: حَدَّثَنِي بِهِنَّ، وَلَوِ اسْتَزَدْتُهُ لَزَادَنِي.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 527]
المزيــد ...

Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum: Hansı əməl Allaha daha sevimlidir? Buyurdu: "Vaxtında qılınan namaz" Dedi: "Sonra hansı?" Buyurdu: Valideynə yaxşılıq" Dedi: Sonra hansı?" Buyurdu: "Allah yolunda cihad" Dedi: Allah Rəsulu mənə bunları söylədi. Əgər soruşmağa davam etsəydim, o da cavab verməyə davam edərdi.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 527]

Şərh (izah)

Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşulur: Hansı əməl Allaha daha sevimldir? Buyurdu ki: "Şəriətin təyin etdiyi vaxtlarda fərz namazlarını qılmaq." Sonra valideynlərə yaxşılıq etmək, onlara münasibətdə mehriban olub ən gözəl tərzdə davranmaq, haqlarını ödəmək və onların üzünə ağ olmamaq. Sonra izzət və cəlal sahibi olan Allahın kəliməsini uca tutmaq, İslam dinini, əhlini, İslamın ayinlərini qorumaq üçün Allah yolunda cihad. Bu isə can və mal-dövlətlə olur.
Və İbn Məsud (Allah ondan razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə bu əməllərdən xəbər verdi, əgər ona "sonra hansı" deyə sual versəydim, artırardı.(yəni növbəti əməlləri söylərdi.)

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Allahın əməllərə bəslədiyi sevgi nisbətinə görə, bu əməllərin bir-birindən fərqlənməsi.
  2. Müsəlmanı ən xeyirli əməllər etməyə həvəsləndirmək.
  3. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən üstün əməllər haqqında verdiyi cavablar insanların fərqliliyinə, onların vəziyyətinə və onların hər biri üçün ən faydalı olanına görə dəyişir.