+ -

عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه قَالَ:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَشَدَّ حَيَاءً مِنَ العَذْرَاءِ فِي خِدْرِهَا، فَإِذَا رَأَى شَيْئًا يَكْرَهُهُ عَرَفْنَاهُ فِي وَجْهِهِ.

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6102]
المزيــد ...

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6102]

Şərh (izah)

Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evlənməmiş və kişilərə qarışmamış, evində gizlənən bakirə qızdan daha utancaq idi və şiddətli həyasına görə, əgər bir şeyi xoşlamadıqda, üzü dəyişər və danışmazdı, lakin, onun sahabələri bu şeyi sevmədiyini onun üzündən anlayardılar.

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyalı olmasının bəyanı. Məhz bu böyük əxlaqdır.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyası, Allahın qadağaları pozulmadığı müddətcə idi. Lakin onlar pozulardısa, o (Allahın salavatı və salamı onun üzərinə olsun) qəzəblənər, səhabələrinə əmr və qadağalar edərdi.
  3. Həyalı olmağa təşviq; çünki o insanı gözəl əməl işləməyə və çirkinlikləri tərk etməyə sövq edir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Puştu Assam İsveç Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq