1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et

عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
كَانَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولَ: «يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»، فَقُلْتُ: يَا رَسُولَ اللهِ، آمَنَّا بِكَ وَبِمَا جِئْتَ بِهِ فَهَلْ تَخَافُ عَلَيْنَا؟ قَالَ: «نَعَمْ، إِنَّ القُلُوبَ بَيْنَ أُصْبُعَيْنِ مِنْ أَصَابِعِ اللهِ يُقَلِّبُهَا كَيْفَ يَشَاءُ».

Ənəsdən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et". Mən dedim: "Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan?". O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər".

Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər Sünən Ət-Tirmizi - 2140

Şərh (izah)

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi dua, Allahdan dində və itaətdə sabitlik, azğınlıqdan və zəlalətdən uzaq olmağı istəmək idi. Ənəs bin Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu duanı tez-tez etməsinə təəccübləndi və Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona xəbər verdi ki, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır və onları istədiyi kimi çevirir. Qəlb iman və küfrün qərar tutduğu yerdir və tez-tez dəyişdiyi üçün qəlb adlandırılmışdır. Onun dəyişməsi, qaynayan qazanın dəyişməsindən daha güclüdür. Allah kimi istəsə, qəlbini hidayətə yönəldər, dində sabit edər və Allah kimi istəsə, onun qəlbini hidayətdən azğınlığa və zəlalətə yönəldər.

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbinə təslim olması və Ona yalvarması və ümmətini bunu istəməyə yönəltməsi.
  2. Doğru yolda olmağın və dində sabitliyin əhəmiyyəti və ibrətin (əməllərin qiymətləndirilməsinin) sonluğa görə olması.
  3. Bəndə bir göz qırpımı olsa da belə, Allahın onu İslam üzərində sabit etməsindən ehtiyacsız deyil.
  4. Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək bu duanı çox etməyə təşviq etmək.
  5. İslamda sabitlik, bəndənin səy göstərməli olduğu və Mövlasına (Rəbbinə) şükür etməli olduğu ən böyük nemətdir.

Tərcümələrə baxmaq

53 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية