عَنْ أَبِي طَلْحَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لاَ تَدْخُلُ المَلاَئِكَةُ بَيْتًا فِيهِ كَلْبٌ وَلاَ صُورَةٌ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3322]
المزيــد ...
Əbu Talhadan – radiyallahu anhu – rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:
“İçində it və şəkil olan evə mələklər girməz.”
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 3322]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdi ki, rəhmət mələkləri, içində it və ya ruhu olan canlıların şəkli olan evə girməzlər. Çünki ruhu olan bir canlının şəklini çəkmək böyük günahdır və onda Allahın yaratmasına bənzəmək və şirkə aparan vasitələrdən bir vasitə vardır, bəziləri isə Allahdan başqa ibadət edilən şeylərin şəklidir. İt olan evdən çəkinmələrinin səbəbinə gəlincə: İtlərin çox nəcasət yediyinə və bəzilərinin şeytan adlandırıldığına görədir; mələklər isə şeytanların ziddidir. Həmçinin itin pis iyili olmasına görədir; mələklər isə pis qoxunu sevmirlər, həmçinin it saxlamağın şəriət tərəfindən qadağan edilməsinə görədir; buna görə də, it saxlayan şəxs, rəhmət mələklərinin evinə daxil olmalarından, orada namaz qılmaqlarından, onun üçün bağışlanma diləməklərindən, ona və evinə xeyir-dua verməklərindən və şeytanın pisliyini ondan dəf etməklərindən məhrum olunmaqla cəzalandırılır.