1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: خَرَجَ مُعَاوِيَةُ عَلَى حَلْقَةٍ فِي الْمَسْجِدِ، فَقَالَ: مَا أَجْلَسَكُمْ؟ قَالُوا: جَلَسْنَا نَذْكُرُ اللهَ، قَالَ آللَّهِ مَا أَجْلَسَكُمْ إِلَّا ذَاكَ؟ قَالُوا: وَاللهِ مَا أَجْلَسَنَا إِلَّا ذَاكَ، قَالَ: أَمَا إِنِّي لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ، وَمَا كَانَ أَحَدٌ بِمَنْزِلَتِي مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقَلَّ عَنْهُ حَدِيثًا مِنِّي:
وَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ عَلَى حَلْقَةٍ مِنْ أَصْحَابِهِ، فَقَالَ: «مَا أَجْلَسَكُمْ؟» قَالُوا: جَلَسْنَا نَذْكُرُ اللهَ وَنَحْمَدُهُ عَلَى مَا هَدَانَا لِلْإِسْلَامِ، وَمَنَّ بِهِ عَلَيْنَا، قَالَ: «آللَّهِ مَا أَجْلَسَكُمْ إِلَّا ذَاكَ؟» قَالُوا: وَاللهِ مَا أَجْلَسَنَا إِلَّا ذَاكَ، قَالَ: «أَمَا إِنِّي لَمْ أَسْتَحْلِفْكُمْ تُهْمَةً لَكُمْ، وَلَكِنَّهُ أَتَانِي جِبْرِيلُ فَأَخْبَرَنِي أَنَّ اللهَ عَزَّ وَجَلَّ يُبَاهِي بِكُمُ الْمَلَائِكَةَ».

Əbu Səid əl-Xudridən belə söylədiyi rəvayət edilir: Müaviyə məsciddə oturan bir dəstənin yanına gəldi və dedi: Nə üçün oturmusunuz? Onlar dedilər:“Biz Allahı zikr etmək üçün oturmuşuq”. O, dedi: Allaha and için ki, bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, bundan başqa bir şey üçün oturmamışıq. O, dedi: Mən sizi töhmət (yalanda ittiham) etmək üçün sizə and içdirmədim. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim qədər yaxın elə bir adam yoxdur ki, sayca məndən az hədis rəvayət etsin:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir dəstə səhabəsinin yanına gəlib dedi: “Nə üçün oturmusunuz?” Onlar dedilər: “Biz Allahı zikr edib, bizi İslama hidayət etdiyinə və onunla bizə bəxş etdiyi nemətlərinə görə Ona həmd-səna etmək üçün oturmuşuq". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and için ki,yalnız bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, ondan başqa bir şey üçün oturmamışıq. O, dedi: «Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir."

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 2701

Şərh (izah)

Müaviyə bin Əbi Süfyan (Allah hər ikisindən razı olsun) məsciddəki bir dəstənin qarşısına çıxdı və onlardan nə üçün toplaşdıqlarını soruşdu. Onlar dedilər: Allahı zikr edirik. Və o, (Allah ondan razı olsun) onlardan, oturmaqlarında və toplanmalarında Allahı zikr etməkdən başqa bir şey istəmədiklərinə dair and içməklərini istədi. Onlar da ona and içdilər, Sonra onlara dedi: Mən sizi nə töhmət olaraq, nə də ki, doğruluğunuzda şübhə etdiyimə görə and içdirmədim. Sonra o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanındakı məqamını və Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) heç kəsin onun qədər yaxın olmadığını bildirdi. Çünki Ummu Həbibə onun bacısı, Peyğəmbərin isə zövcəsi idi, özü də vəhy katiblərindən (Quranı yazanlardan) idi. Buna baxmayaraq o, çox az hədis nəql etmişdi. Və onlara danışdı ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün evindən çıxdı və gördü ki, onlar məsciddə oturub Allahı zikr edirlər və onları İslama hidayət etdiyinə və bunu onlara bəxş etdiyinə görə Allaha həmd-səna edirlər. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) onları sorğu-sual etdi və Müaviyənin (Allah ondan razı olsun) yoldaşlarına and içdirdiyi kimi onlara and içdirdi. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları sorğu-sual etməsinin və onlara and içdirməsinin səbəbini onlara dedi: Beləki mələk-Cəbrail (Allahın salamı onun üzərinə olsun) onun yanına gəlib ona dedi ki, izzət və cəlal sahibi olan Allah mələklər yanında sizinlə öyünür və fəxr edir, sizin fəzilətinizi və yaxşı əməllərinizi onlara göstərir və onların qarşısında sizi tərifləyir.

Hədisin faydalarından

  1. Müaviyənin (Allah ondan razı olsun) fəziləti və elmi yaymaqda Allah Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) örnək almasına olan hərisliyi.
  2. Yalanda ittiham etmədən, xəbərin əhəmiyyətini vurğulamaq üçün and içdirməyin icazəli olması.
  3. Zikr və elm məclislərinin fəziləti və Allahın bu məclisləri sevməsi və mələklər qarşısında onunla (məclisin iştirakçıları ilə) öyünməsi.

Tərcümələrə baxmaq

57 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية