+ -

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ رضي الله عنه:
أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ إِلَيْهِ رَهْطٌ، فَبَايَعَ تِسْعَةً وَأَمْسَكَ عَنْ وَاحِدٍ، فَقَالُوا: يَا رَسُولَ اللهِ، بَايَعْتَ تِسْعَةً وَتَرَكْتَ هَذَا؟ قَالَ: «إِنَّ عَلَيْهِ تَمِيمَةً»، فَأَدْخَلَ يَدَهُ فَقَطَعَهَا، فَبَايَعَهُ، وَقَالَ: «مَنْ عَلَّقَ تَمِيمَةً فَقَدْ أَشْرَكَ».

[حسن] - [رواه أحمد] - [مسند أحمد: 17422]
المزيــد ...

Uqbə bin Amir əl-Cuhənidən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur:
Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qrup gəldi ve o, doqquz nəfərin beyətini qəbul etdi ve birinin beyətini qəbul etmədi. Onlar dedilər ki: Ey Allahın Rəsulu, doqquz kişinin beyətini qəbul edib, bunu tərk etdinmi? Allahın Rəsulu "Onun üzərində təmimə (muska) var" dedi. Həmin adam əlini (paltarının içinə) saldı və təmiməni kəsdi. Allah Rəsulu da, həmin adamın beyətini qəbul etdi və dedi: "Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar".

[Həsən] - [Əhməd rəvayət etdi] - [Müsnəd Əhməd - 17422]

Şərh (izah)

Bir qrup dəstə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və sayları on idi. Onlardan doqquzu ilə İslama girmək və tabe olmaq üzərinə beyət etdi, onuncu nəfərlə isə beyət etmədi. Bunun səbəbi haqqında soruşulduqda, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Onun üzərində təmimə (amulet,muska) var. Bu, göz və ya zərərdən qorunmaq üçün bağlanmış və ya asılmış muncuq və digər şeylərdir. Kişi əlini təmimə olan yerə saldı, onu kəsib atdı və ondan qurtuldu. Bu zaman Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun beyətini qəbul etdi və təmimələrdən çəkindirərək və onların hökmünü bəyan edərək buyurdu: "Hər kim təmimə taxarsa, o, artıq şirk qoşmuş olar."

Hədisin faydalarından

  1. Kim Allahdan qeyrisinə güvənərsə, Allah da onunla niyyətinin əksinə davranar.
  2. Təmimələri taxmağın zərər və gözdən qorunmağa səbəb olduğuna etiqad etmək kiçik şirkdir. Lakin, onların öz-özlüyündə fayda verdiklərinə inansa, böyük şirkdir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq