عن ابن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:
«كل مُسْكِرٍ خَمْرٌ، وكل مُسْكِرٍ حرام، ومن شرِب الخمر في الدنيا فمات وهو يُدْمِنُهَا لَمْ يَتُبْ، لَمْ يَشْرَبْهَا في الآخرة».
[صحيح] - [رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه] - [صحيح مسلم: 2003]
المزيــد ...
İbn Ömərdən (Allah hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
“Hər sərxoşedici alkaqollu içkidir və hər bir sərxoşedici haramdır və kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir”.
[Səhih] - - [Sahihu Muslim - 2003]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, ağlı bulandıran və onu aparan hər bir şey- istər içmək, yemək, nəfəs almaq, istərsə də başqa şəkildə olsun- sərxoşedici içki (hökmündədir) və Uca Allah hər sərxoş edən və ağlı aparan şeyi -istər az, istərsə də çox olsun- haram və qadağan etmişdir. Bu sərxoşedicilərin hər hansı bir növündən içən, buna davam edən və ölənə qədər bundan tövbə etməyən hər kəs; onu cənnətdə içməkdən məhrum edilməklə Allahın cəzasına layiqdir.