+ -

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رضي الله عنهما أَنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قَامَ بَعْدَ أَنْ رَجَمَ الْأَسْلَمِيَّ فَقَالَ:
«اجْتَنِبُوا ‌هَذِهِ ‌الْقَاذُورَةَ الَّتِي نَهَى اللَّهُ عَنْهَا فَمَنْ أَلَمَّ فَلْيَسْتَتِرْ بِسِتْرِ اللَّهِ وَلْيُتُبْ إِلَى اللَّهِ، فَإِنَّهُ مَنْ يُبْدِ لْنَا صَفْحَتَهُ نُقِمْ عَلَيْهِ كِتَابَ اللَّهِ عز وجل».

[صحيح] - [رواه الحاكم والبيهقي] - [المستدرك على الصحيحين: 7615]
المزيــد ...

Abdullah bin Ömər (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (sallallahu aleyhi va səlləm) "Əsləmi" qəbiləsindən olan bir kişini rəcm (daşqalaq) etdikdən sonra ayağa qalxıb belə dedi:
"Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik".

[Səhih] - - [Əl-Müstədrək aləs-sahiheyni - 7615]

Şərh (izah)

İbn Ömər (Allah hər ikisindən razı olsun) xəbər verir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Maiz bin Malik əl-Əsləmini (Allah ondan razı olsun) zina cəzası olaraq rəcm etdikdən sonra qalxıb insanlara xitab edərək belə dedi: "Uca Allahın qadağan etdiyi bu murdar, çirkin və iyrənc hesab olunan günahlardan çəkinin. Kim bunlardan birinə düşərsə, ona iki şey vacibdir: Birincisi: Allah onun günahını gizlətdiyi kimi, o da öz günahını gizlətməli və günahını heç kimə bildirməməlidir. İkincisi: Allaha tövbə etməyə tələsməli və günahında israr etməməlidir. Kimin günahı bizə aşkar olarsa, bu zaman biz ona, Allahın kitabında o günah üçün göstərilən həddi tətbiq edərik.

Hədisin faydalarından

  1. Günahkar qulu, öz günahını gizlətməyə və Allah ilə özü arasında olan günahından tövbə etməyə təşviq etmək.
  2. Əgər hüdudlar əmr sahibinə (rəhbərə) çatarsa, bu zaman günaha görə təyin edilmiş şəri hədd cəzasının tətbiq edilməsi vacibdir.
  3. Günahlardan çəkinmənin və onlardan tövbə etməyin vacibliyi.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Teluguca Svahili dili Taylandca Puştu Assam Amhar Holland dili Qücərat dili Litva Dari Rumın Macar Kanada Özbək Ukrain الجورجية المقدونية الخميرية الماراثية
Tərcümələrə baxmaq