عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّ اللَّهَ يُحِبُّ أَنْ تُؤْتَى رُخَصُهُ، كَمَا يُحِبُّ أَنْ تُؤْتَى عَزَائِمُهُ».

[صحيح] - [رواه ابن حبان] - [صحيح ابن حبان: 354]
المزيــد ...

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
"Həqiqətən Allahın sizə buyurduğu vacib əməlləri sevdiyi kimi, rüxsətlə (yüngülləşdirici) buyurduğu əməlləri də etmənizi sevir".

[Səhih] - [İbnu Hibbən rəvayət etdi] - [Sahihu İbni Hibbən - 354]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqətən Allah əhkam və ibadətlərdəki buyurduğu yüngüllükləri, səfər zamanı namazı qısaltmaq və cəm etmək kimi mükəlləflərə asanlaşdırdığı rüxsətlərin edilməsini sevir. Eyni şəkildə Uca Allah, əmrlərinin də yerinə yetirilməsini sevir, çünki Onun rüxsətlərdə və fərzlərdəki əmrləri eynidir.

Hədisin faydalarından

  1. Uca Allahın qullarına rəhmkar olması. Pak və nöqsansız uca Allah şəriət rüxsətlərinin yerinə yetirilməsini sevir.
  2. Şəriətin kamilliyi və müsəlmanın üzərindən çətinliyin götürülməsi.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (65)