عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ:
سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِي وَرَجَوْتَنِي غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِي غَفَرْتُ لَكَ، وَلاَ أُبَالِي، يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِي بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِي لاَ تُشْرِكُ بِي شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً».
[حسن] - [رواه الترمذي] - [سنن الترمذي: 3540]
المزيــد ...
Ənəs bin Malikdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
[Həsən] - [Ət-Tirmizi rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3540]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, Uca Allah qüdsü hədisdə buyurub: «Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib rəhmətimə ümid bəsləyirsən və ümidini kəsmirsən; bu günah və itaətsizlik böyük günahlardan olsa da belə, sənin günahını örtər və ona əhəmiyyət vermədən silərəm. Ey Adəm övladı, əgər sənin günahların göylə yerin arasını dolduraraq, onun hər tərəfinə çatıb, hər yerini bürüyəcək qədər çox olsa, sonra Məndən bağışlanma diləsən, çoxluğuna əhəmiyyət vermədən hamısını silib, bağışlayaram.
Ey Adəm övladı, əgər ölümdən sonra yer dolusu günah və asiliklə mənim yanıma gəlsən və mənə heç bir şeyi şərik qoşmadan tövhid əhli olaraq ölmüsənsə; Mən bu günah və asilikləri yer dolusu bağışlanma ilə qarşılayaram; Çünki Mən bağışlaması geniş olanam və şirkdən başqa bütün günahları bağışlayıram.