عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، يَقُولُ:
«ذَاقَ طَعْمَ الْإِيمَانِ مَنْ رَضِيَ بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ رَسُولًا».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 34]
المزيــد ...
Əl-Abbas bin Əbdul Muttalibdən - radiyallahu anhu – rəvayət edilir ki, o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişdir:
Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 34]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, imanında sadiq olan və qəlbi bununla aram tapan mömin əgər üç şeydən razı olarsa, qəlbində açıqlıq, genişlik, sevinc, şirinlik və Uca Allaha yaxınlığın ləzzətini hiss edər:
Birincisi: O, Rəbb olaraq Allahdan razı olarsa və bu, rububiyyətin gərəyi olaraq Allahdan gələn ruzi və şərait bölgüsünə qəlbinin açılması(qane olması)və bunlardan heç birinə qəlbində etiraz olmaması və Uca Allahdan başqa bir Rəbb istəməməsi ilə olur.
İkincisi: İslamdan din olaraq razı olarsa və bu, İslamın əhatə etdiyi vaciblər və mükəlləfiyyətlərə qəlbini açmaqla və İslamdan başqa bir yola can atmamaqla olur.
Üçüncüsü: Rəsul olaraq Muhəmməddən (Allahın salavatı və salamı onun üzərinə olsun) razı olarsa və bu, tərəddüd və şübhə etmədən onun gətirdiyi hər bir şeyə qəlbini açması və buna sevinməsiylə və yalnız onun hidayətinə uyğun olan yolu izləməsi ilə olur.