عن عائشة رضي الله عنها قالت:
كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللهَ عَلَى كُلِّ أَحْيَانِهِ.

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 373]
المزيــد ...

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər zaman Allahı zikr edərdi.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 373]

Şərh (izah)

Aişə, möminlərin anası (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahı zikr etməyə çox həris idi və uca Allahı hər zaman, hər yerdə və hər halda zikr edərdi.

Hədisin faydalarından

  1. Uca Allahı zikr etmək üçün dəstəmaz və ya qüsl şərt deyil.
  2. Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Uca Allahı davamlı zikr etməsi.
  3. Uca Allahı Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsinə uyğun olaraq hər zaman və hər halda daha çox zikr etməyə təşviq, istisna hal insanın ehtiyacını ödədiyi məkan və zamandır, bu halda zikr etmək qadağandır.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (62)
Əlavə