+ -

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا، فَإِذَا طَلَعَتْ فَرَآهَا النَّاسُ آمَنُوا أَجْمَعُونَ، فَذَلِكَ حِينَ: {لاَ يَنْفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِنْ قَبْلُ، أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا} [الأنعام: 158] وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدْ نَشَرَ الرَّجُلاَنِ ثَوْبَهُمَا بَيْنَهُمَا فَلاَ يَتَبَايَعَانِهِ، وَلاَ يَطْوِيَانِهِ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدِ انْصَرَفَ الرَّجُلُ بِلَبَنِ لِقْحَتِهِ فَلاَ يَطْعَمُهُ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَهُوَ يَلِيطُ حَوْضَهُ فَلاَ يَسْقِي فِيهِ، وَلَتَقُومَنَّ السَّاعَةُ وَقَدْ رَفَعَ أَحَدُكُمْ أُكْلَتَهُ إِلَى فِيهِ فَلاَ يَطْعَمُهَا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6506]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6506]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət gününün böyük əlamətlərindən biri günəşin şərqdən yox batdığ yerdən-məğribdən çıxmasıdır, bunu gördükdə insanlar hamısı iman gətirəcəklər. Bu zaman kafirə imanı, saleh əməli, tövbəsi fayda verməyəcək. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət qəflətən, insanların öz gündəlik işləri ilə məşğul olduğu zaman gələcək. Satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq. İnsan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, İnsan hovuzunu düzəldib, suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, İnsan yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İslam və tövbə günəş məğribdən çıxmadıqca qəbuldur.
  2. Qiyamətin qəflətən qopacağı səbəbindən, ona iman və saleh əməllərlə hazırlaşmağa təşviq edilməsi.