+ -

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«لَا تَقُومُ السَّاعَةُ حَتَّى يَتَقَارَبَ الزَّمَانُ، فَتَكُونَ السَّنَةُ كَالشَّهْرِ، وَيَكُونَ الشَّهْرُ كَالْجُمُعَةِ، وَتَكُونَ الْجُمُعَةُ كَالْيَوْمِ، وَيَكُونَ الْيَوْمُ كَالسَّاعَةِ، وَتَكُونَ السَّاعَةُ كَاحْتِرَاقِ السَّعَفَةِ الْخُوصَةُ».

[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 10943]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Zaman qısalmayınca Qiyamət qopmaz, il ay kimi, ay həftə kimi, həftə bir gün kimi, gün saat kimi və saat xurma yarpağının yanma müddəti kimi olacaq."

[Səhih] - [Əhməd rəvayət etdi] - [Müsnəd Əhməd - 10943]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Qiyamət gününün əlamətlərindən biri olaraq zamanın qısalmağını, və ilin ay kimi keçəcəyini, ayın həftə kimi keçəcəyini, həftənin bir gün kimi keçəcəyini, günün bir saat kimi keçəcəyini, saatın da xurma yarpağınin yanıb külə döndüyü zaman kimi tez keçəcəyindən xəbər vermişdir.

Tərcümə: İngiliscə Urduca İndoneziya Uyğur Türkcə Bosniya Sinhalese Hind dili vyetnam dili Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Qiyamətin əlamətlərindən biri də vaxtda bərəkətin olmaması və sürətlə keçməsidir.