+ -

عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِامْرَأَةٍ مِنَ الْأَنْصَارِ سَمَّاهَا ابْنُ عَبَّاسٍ فَنَسِيتُ اسْمَهَا: «مَا مَنَعَكِ أَنْ تَحُجِّي مَعَنَا؟» قَالَتْ: لَمْ يَكُنْ لَنَا إِلَّا نَاضِحَانِ فَحَجَّ أَبُو وَلَدِهَا وَابْنُهَا عَلَى نَاضِحٍ وَتَرَكَ لَنَا نَاضِحًا نَنْضِحُ عَلَيْهِ، قَالَ: «فَإِذَا جَاءَ رَمَضَانُ فَاعْتَمِرِي، فَإِنَّ عُمْرَةً فِيهِ تَعْدِلُ حَجَّةً».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 1256]
المزيــد ...

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) İbn Abbasın adını çəkdiyi, lakin adını unutduğum, ənsardan olan bir qadına dedi: “Sənə bizimlə həcc etməyə nə mane oldu?” O dedi: Bizim yalnız iki dəvəmiz var idi, ona görə oğlumun atası oğlum ilə bir dəvə üzərində həcc etdi və su daşımaq üçün bizə digərini qoyub getdi: O, dedi: "Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 1256]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccindən qayıdanda həcc etməmiş ənsar qadına dedi: Sənə bizimlə həcc etməyə nə mane oldu?
Qadın onların iki dəvəsinin olmasını üzr gətirdi. Əri və oğlu onların birində həcc etdi, digər dəvəni isə quyudan su götürmək üçün saxladılar.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bildirdi ki, Ramazan ayında edilən ümrənin savabı həccin savabına bərabərdir.

Hədisin faydalarından

  1. Ramazan ayında ümrə etməyin fəziləti.
  2. Ramazanda ümrə etmək həccin vaciblik hökmünü qüvvədən salmaqda deyil, savab baxımından həccə bərabərdir.
  3. Əməllərin savabı, müəyyən vaxtların şərəfinin artıq olmasına görə artır. Ramazanda edilən əməllər də bu növdəndir.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq