+ -

عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِنَّمَا مَثَلُ الْجَلِيسِ الصَّالِحِ وَالْجَلِيسِ السَّوْءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ، فَحَامِلُ الْمِسْكِ: إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ، وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الْكِيرِ: إِمَّا أَنْ يُحْرِقَ ثِيَابَكَ، وَإِمَّا أَنْ تَجِدَ رِيحًا خَبِيثَةً».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2628]
المزيــد ...

Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 2628]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki növ insana misal çəkdi:
Birinci növ: Allaha və Onun razılığına yönəldən, itaətdə kömək edən saleh yoldaş və dost. O, müşk (ətir) satıcısına bənzəyir, ya sənə ətir verəcək, ya sən ondan pulla alacaqsan, ya da ondan xoş ətir iyisi duyacaqsan.
İkinci növ: İnsanları Allahın yolundan azdıran və günah işlətməkdə kömək edən pis yoldaş və dost. Ondan çirkin əməl görərsən, onun kimi bir şəxslə yoldaşlıq edib, onunla oturub-durduğuna görə qınanarsan. O, oda üfürən dəmirçi kimidir; ya uçan qığılcımlarından sənin paltarın yanar, ya da onun yanından pis qoxu duyarsan.

Hədisin faydalarından

  1. Mənanı dinləyiciyə daha yaxşı çatdırmaq üçün misallar verməyin icazəli olması.
  2. İtaətkar və saleh insanlarla yoldaşlıq etməyə, fəsadçı və pis əxlaq sahiblərindən isə uzaq durmağa təşviq etmək və rəğbətlənidrmək.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq