عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ:
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «قَالَ اللَّهُ: كَذَّبَنِي ابْنُ آدَمَ وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، وَشَتَمَنِي وَلَمْ يَكُنْ لَهُ ذَلِكَ، فَأَمَّا تَكْذِيبُهُ إِيَّايَ فَقَوْلُهُ: لَنْ يُعِيدَنِي، كَمَا بَدَأَنِي، وَلَيْسَ أَوَّلُ الخَلْقِ بِأَهْوَنَ عَلَيَّ مِنْ إِعَادَتِهِ، وَأَمَّا شَتْمُهُ إِيَّايَ فَقَوْلُهُ: اتَّخَذَ اللَّهُ وَلَدًا وَأَنَا الأَحَدُ الصَّمَدُ، لَمْ أَلِدْ وَلَمْ أُولَدْ، وَلَمْ يَكُنْ لِي كُفْؤًا أَحَدٌ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 4974]
المزيــد ...
Əbu Hureyradan (Allah ondan razı olsun) belə rəvayət edilir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: “Allah buyurdu: Adəm oğlu məni yalanladı və onun belə bir haqqı yox idi və məni söydü, lakin onun buna haqqı yox idi. Məni yalanlamasına gəlincə- "Allah məni yaratdığı kimi, təkrar məni diriltməyəcəkdir " deməsidir. Halbuki, onu yenidən diriltmək ilk dəfə onu yoxdan yaratmağımdan daha asandır. Məni söyməsinə gəlincə-“Allah özünə övlad götürdü " deməsidir. Lakin mən təkəm, möhtac deyiləm, mən doğmamışam və doğulmamışam və mənim heç bir tayım-bənzərim yoxdur".
[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 4974]
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qüdsi hədisdə bəyan edir ki, izzət və cəlal sahibi olan Allah-müşriklər və kafirlərin onu yalanladıqlarını və Onu eyib və nöqsanlarla vəsf etdiklərini bildirir, lakin onlar bunu etməməli idilər.
Onların Allahı yalanlamaqlarına gəlincə: Allahın onları ilk dəfə yoxdan yaratdığı halda, öldükdən sonra onları qaytarmayacağını (diriltməyəcəyini) iddia etmələridir. Allah onlara cavab verdi ki, yoxdan yaradan Allah onları geri qaytarmağa qadirdir və bu daha asandır. Allaha nisbətdə yoxdan yaratmaq və təkrar diriltmək, hər ikisi də eynidir. Allah hər şeyə qadirdir.
Onların Allahı söyməyinə gəldikdə isə: “Allahın oğlu var" demələridir. Və Allah onlara cavab verdi ki, O, adlarında, sifətlərində və fellərində bütün kamillikləri ilə birdir, hər bir nöqsan və eyibdən uzaqdır, heç kimə möhtac olmayan əs-Saməddir, hər kəs Ona möhtacdır və O, heç kimin valideyni deyil, heç kimin övladı da deyildir. Uca və Pak olan Allahın tayı və bənzəri yoxdur.