+ -

عَنْ سَهْلُ بْنُ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمَ خَيْبَرَ:
«لَأُعْطِيَنَّ هَذِهِ الرَّايَةَ غَدًا رَجُلًا يَفْتَحُ اللَّهُ عَلَى يَدَيْهِ، يُحِبُّ اللَّهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ»، قَالَ: فَبَاتَ النَّاسُ يَدُوكُونَ لَيْلَتَهُمْ أَيُّهُمْ يُعْطَاهَا، فَلَمَّا أَصْبَحَ النَّاسُ غَدَوْا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَاهَا، فَقَالَ: «أَيْنَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ؟» فَقِيلَ: هُوَ يَا رَسُولَ اللَّهِ يَشْتَكِي عَيْنَيْهِ، قَالَ: «فَأَرْسِلُوا إِلَيْهِ»، فَأُتِيَ بِهِ فَبَصَقَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي عَيْنَيْهِ وَدَعَا لَهُ، فَبَرَأَ حَتَّى كَأَنْ لَمْ يَكُنْ بِهِ وَجَعٌ، فَأَعْطَاهُ الرَّايَةَ، فَقَالَ عَلِيٌّ: يَا رَسُولَ اللَّهِ، أُقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا؟ فَقَالَ: «انْفُذْ عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلاَمِ، وَأَخْبِرْهُمْ بِمَا يَجِبُ عَلَيْهِمْ مِنْ حَقِّ اللَّهِ فِيهِ، فَوَاللَّهِ لَأَنْ يَهْدِيَ اللَّهُ بِكَ رَجُلًا وَاحِدًا، خَيْرٌ لَكَ مِنْ أَنْ يَكُونَ لَكَ حُمْرُ النَّعَمِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 4210]
المزيــد ...

Səhl bin Səddən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Xeybər günü dedi:
Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allah onun əli ilə zəfər nəsib edəcək, O, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir." Dedi: İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda onların hər biri bayrağın özünə veriləcəyi ümidilə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əli bin Əbu Talib hardadır?" Dedilər: Ey Allahın Rəsulu, gözlərindən şikayət edir (gözləri ağrıyır). Dedi: Onun yanına adam göndərin (gəlsin). Əlini gətirdilər və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun gözlərinə tüpürdü və onun üçün dua etdi. Əli, sanki heç bir ağrısı olmamış kimi dərhal sağaldı və (Peyğəmbər), bayrağı ona verdi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Allahın Rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və Allahın haqqı olaraq yerinə yetirmələri vacib olan şeyləri onlara bildir. Allaha and olsun ki, Allahın, sənin əlinlə tək bir insana hidayət etməsi, sənin üçün qırmızı dəvələrə sahib olmağından daha xeyirlidir."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 4210]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) növbəti gündə müsəlmanların Xeybər yəhudiləri üzərində qələbə çalacağını və bunun bayrağı verəcəyi kişinin əli ilə olacağını səhabələrə xəbər verdi. Bu bayraq, əsgərlərin şüar olaraq götürdüyü bayraqdır. Bu kişinin vəsfindən, Allahı və Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevməsi, Allah və Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) da onu sevməsidir. Səhabələr bu böyük şərəfi arzulayaraq, bayrağın kimə veriləcəyi barədə gecə müzakirə aparıb, danışdılar. Səhər açılanda hamısı Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdilər. Onların hər biri bu şərəfi qazanacağına ümid edirdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əli bin Əbu Talib (Allah ondan razı olsun) haqqında soruşdu.
Dedilər: O, xəstədir, gözlərindən şikayət edir.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun yanına adam göndərdi və onu gətirdilər. Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) şərəfli ağız suyundan Əlinin gözlərinə tüpürdü və onun üçün dua etdi və o, heç bir ağrısı olmamış kimi sağaldı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bayrağı ona verdi və ona əmr etdi ki, ehtiyatla gedərək düşmən qalasına yaxınlaşsın və onları İslama daxil olmağa çağırsın. Əgər cavab versələr, onlara hansı fərzlərin vacib olduğunu xəbər versin.
Sonra, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Əliyə Allahın yoluna dəvət etməyin fəzilətini bəyan edərək bildirdi ki, dəvətçinin bir adamın hidayətinə səbəb olması onun üçün ərəblərin ən qiymətli sərvəti olan qırmızı dəvələrə sahib olmağı və ya onları sədəqə verməyindən daha xeyirlidir.

Hədisin faydalarından

  1. Əli ibn Əbu Talibin (Allah ondan razı olsun olsun) fəziləti və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah və Rəsulunun ona olan sevgisinə və onun da Allah və Rəsuluna olan sevgisinə şahidlik etməsi.
  2. Səhabələrin xeyrə olan hərisliyi və xeyrdə yarışmaları.
  3. Döyüş zamanı ədəbli olmağın bəyənilməsi, yüngüllüyün və lazımsız, narahatedici səslərin tərk edilməsi.
  4. Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin dəlillərindən biri də, yəhudilər üzərində qələbə xəbərini verməsi və Allahın izni ilə Əli ibn Əbu Talibin (allah ondan razı olsun) gözlərinin onun əli ilə sağalmasıdır.
  5. Cihadın ən böyük məqsədi, insanların İslama daxil olmasıdır.
  6. Dəvət tədricən (yavaş-yavaş) edilir, kafirdən əvvəlcə iki şəhadət kəliməsini söyləyərək İslama daxil olması istənilir və ondan sonra ona İslamın fərzlərini yerinə yetirməsi əmr edilir.
  7. İslama dəvət etməyin fəziləti və onda, dəvət edilənə və dəvət edənə olan xeyirlər. Dəvət edilən şəxs hidayət oluna bilər, dəvətçi isə böyük bir savab qazanır.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq