+ -

عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ رضي الله عنه قَالَ:
أَتَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي رَهْطٍ مِنَ الأَشْعَرِيِّينَ أَسْتَحْمِلُهُ، فَقَالَ: «وَاللَّهِ لاَ أَحْمِلُكُمْ، مَا عِنْدِي مَا أَحْمِلُكُمْ» ثُمَّ لَبِثْنَا مَا شَاءَ اللَّهُ فَأُتِيَ بِإِبِلٍ، فَأَمَرَ لَنَا بِثَلاَثَةِ ذَوْدٍ، فَلَمَّا انْطَلَقْنَا قَالَ بَعْضُنَا لِبَعْضٍ: لاَ يُبَارِكُ اللَّهُ لَنَا، أَتَيْنَا رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَسْتَحْمِلُهُ فَحَلَفَ أَنْ لاَ يَحْمِلَنَا فَحَمَلَنَا، فَقَالَ أَبُو مُوسَى: فَأَتَيْنَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْنَا ذَلِكَ لَهُ، فَقَالَ: «مَا أَنَا حَمَلْتُكُمْ، بَلِ اللَّهُ حَمَلَكُمْ، إِنِّي وَاللَّهِ -إِنْ شَاءَ اللَّهُ- لا أَحْلِفُ عَلَى يَمِينٍ، فَأَرَى غَيْرَهَا خَيْرًا مِنْهَا، إِلَّا كَفَّرْتُ عَنْ يَمِينِي، وَأَتَيْتُ الَّذِي هُوَ خَيْرٌ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6718]
المزيــد ...

Əbu Musa Əl-Əşaridən (Allah ondan razı olsun) belə rəvayət edilir:
Əşari qəbiləsindən bir dəstə ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim ki, ondan (cihad üçün) minik istəyim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Vallahi sizi apara bilmərəm, sizi aparacaq miniyim yoxdur." Biz Allahın istədiyi qədər qaldıqdan sonra ona dəvələr gəldi və bizə üç dəvə göndərdi. Elə ki, getmək istədikdə bəzilərimiz dedilər: Allah bizə bərəkət verməz, çünki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına minik üçün getdik, o isə bizi aparmayacağına and içdi. Lakin indi aparır. Əbu Musa dedi: Biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldik və bunu ona danışdıq. O, isə dedi: "Sizi döyüşə aparan (buna müvvəfəq edən) Allahdır, mən deyiləm, Allaha and olsun ki-Allah istəyərsə-mən and içirəm, sonra bundan (and içdiyimdən) daha xeyirlisini gördüyümdə andımın kəffarəsini verirəm və daha xeyirli olanı edirəm”.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6718]

Şərh (izah)

Əbu Musa Əl-Əşari (Allah ondan razı olsun) xəbər verir ki, o, öz qəbiləsindən bir dəstə ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onların məqsədi cihadda iştirak edə bilmələri üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara minmək üçün dəvə verməsi idi. Lakin Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onları aparmayacağına və onlar üçün miniyi olmadığına and içdi. Onlar qayıdıb bir müddət qaldılar, sonra Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) üç dəvə gəldi və o, bu dəvələri onların yanına göndərdi və onlardan bəziləri bir-birinə dedilər: Allah bu dəvələri bizim üçün bərəkətli etməz, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizi aparmayacağına and içdi. Bunun üçün onun yanına gedib ondan soruşdular. O (Allahın salavatı və salamı onun üzərinə olsun) isə dedi: Sizi döyüşə aparan Uca Allahdır, çünki müvəffəq edən və ruzi verən Odur, mən sadəcə olaraq bir səbəbəm ki, bu şey mənim əlimlə baş vermişdir. Sonra O (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and olsun ki, mən -inşallah- nə isə etməyə və ya nəyisə tərk etməyə and içib, sonra, başqa bir şeyin bu and içilən şeydən daha xeyirli və fəzilətli olduğunu bilsəm, fəzilətli olanı edib, and içiləni tərk edirəm və andımın kəffarəsini ödəyirəm.

Hədisin faydalarından

  1. And içmək tələb edilməsə də, hətta gələcəklə əlaqəli olsa da belə, xəbəri dəqiqləşdirmək üçün insanın özünün and içməsi icazəlidir.
  2. And içdikdən sonra “İnşallah” deməklə istisna etmək icazəlidir. Və əgər istisna and ilə birlikdə niyyət edilibsə və ona bitişik olubsa, andını pozan kəs üçün kəffarə vermək vacib deyil.
  3. Bir kəs başqa şeyin and içdiyi şeydən daha xeyirli olduğunu bilərsə, andını pozmağı daha yaxşıdır və andını pozduğuna görə də kəffarə verir .
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Litva Dari Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الجورجية المقدونية
Tərcümələrə baxmaq