Kateqoriya:
+ -

عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرْوِي عَنْ رَبِّهِ تَبَارَكَ وَتَعَالَى، قَالَ:
«إنَّ اللهَ كَتَبَ الحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ، فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إلَى سَبْعِمِائَةِ ضِعْفٍ إلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَإِنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ سَيِّئَةً وَاحِدَةً».

[صحيح] - [رواه البخاري ومسلم في صحيحيهما بهذه الحروف] - [الأربعون النووية: 37]
المزيــد ...

İbn Abbas (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) Mübarək və Uca olan Rəbbindən belə rəvayət etmişdir:
“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir yaxşı iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o yaxşı iş görməyə niyyət edərsə, sonra bunu edərsə, Allah onu Öz dərgahında on savabdan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab olaraq yazar. Kim bir pis iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o, pis iş görməyə niyyət edərsə və bunu edərsə, Allah onu yalnız bir günah olaraq yazar”.

[Səhih] - [رواه البخاري ومسلم في صحيحيهما بهذه الحروف] - [الأربعون النووية - 37]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah yaxşılıq və pislikləri öncədən müəyyən etmiş və sonra (yazan) iki mələyə onları necə yazacaqlarını bildirmişdir:
Kim xeyir əməli etmək istəyib ona niyyətlənər və ona əzm göstərərsə, bu əməli etməsə belə, ona bir savab yazılar, əgər bu xeyir işi edərsə, ona on mislindən yeddi yüz mislinə, hətta daha çox savab yazılar. Savabdakı bu əlavə- qəlbdəki ixlas və faydalı əməllərin dərəcəsinə və miqdarına və buna bənzər əməllərə görədir.
Hər kim də, pis əmələ niyyət edər, ona əzm edər, lakin, Allah üçün onu tərk edərsə, Allah bunu onun üçün bir savab olaraq yazar və əgər məşğul olub səbəblərini yerinə yetirmədiyi üçün bu əməli etməzsə, ona heç bir şey yazılmaz. Aciz olub bu əməli etməyi bacarmazsa, niyyətinə görə yazılar. Əgər pis əməli edərsə, onun üçün bir günah olaraq yazılar.

Hədisin faydalarından

  1. Xeyir əməlin savabının qat-qat artması, bunun Allah dərgahında yazılması və pis əməllərin sadəcə misliylə əvəzinin verilməsi, Allahın bu ümmətə olan böyük lütfüdür.
  2. Əməllərdə niyyətin əhəmiyyəti və onlara təsiri.
  3. İzzət və cəlal sahibi olan Allahın lütfü, şəfqəti və rəhmətidir ki, kim bir xeyir əmələ niyyət edərsə, lakin ona müvəffəq olmazsa, Allah həmin niyyəti xeyir əməl olaraq yazar.
  4. ____
  5. ____
  6. ____
  7. ____
Tərcümə: İngiliscə Urduca İndoneziya Banqalca Türkcə Rusca Bosniya Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Almanca Puştu Assam Alban Amhar Qücərat dili Qırğız Nepal Dari Serbiya Tacik Kinyarvanda Macar Çex الموري الولوف Özbək Ukrain الجورجية المقدونية الخميرية
Tərcümələrə baxmaq
Kateqoriyalar
Əlavə