Kateqoriya:
+ -


____

[] - []
المزيــد ...

Əbu Abdullah Numən bin Bəşir (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim:
"Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələr var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa , harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir.

[Səhih] - [رواه البخاري ومسلم] - [الأربعون النووية - 6]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əşyalara dair ümumi qaydanı açıqlayır və dində bunun üç qisim olduğunu bildirir: aşkar halallar, aşkar haramlar, halal və haramlığı aydın olmayan bənzər məsələlər, bunları isə əksər insanlar bilmirlər.
Və kim bu şübhəli məsələləri tərk edərsə, harama batmaqdan çəkindiyinə görə dinini və ləyaqətini qoruyar, insanların qınağından salamat olar. Şübhəli məsələlərdən uzaq durmayan kəs isə ya özünü harama düşməklə təhlükəyə atar, yaxud da öz şərəf ləyaqəti barədə insanların dedi qodusuna yol açar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) şübhəli məsələlərə uyanın halını bəyan etmək üçün, sahibi tərfindən qorunan qoruğun ətrafında sürüsünü otaran çobanı misal gətirir, qoruğun yaxın olduğu üçün sürünün onun ərazisinə keçmə ehtimalı və təhlükəsi var. Eləcə də, kim şübhəli bir şey edərsə, harama düçar olmağa yaxın olar və bununla da özünü təhlükəyə atar. Daha sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bədəndə bir ət parçasından, o sağlam olduqda bütün bədənin sağlam, o pozulduqda isə bütün bədənin pozulduğunu və bunun da qəlb olduğunu xəbər verrir.

Hədisin faydalarından

  1. Bu hədis şübhəli şeylərdən uzaq durmaqda qaydadır.
  2. Hökmü bəlli olmayan şübhəli məsələni tərk etməyə rəğbətləndirmək.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Fulan İtalian Oromo Kanada الولوف البلغارية اليونانية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية الخميرية الماراثية
Tərcümələrə baxmaq
Kateqoriyalar
Əlavə