+ -

عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِذَا رَأَى أَحَدُكُمُ الرُّؤْيَا يُحِبُّهَا فَإِنَّهَا مِنَ اللَّهِ، فَلْيَحْمَدِ اللَّهَ عَلَيْهَا وَلْيُحَدِّثْ بِهَا، وَإِذَا رَأَى غَيْرَ ذَلِكَ مِمَّا يَكْرَهُ، فَإِنَّمَا هِيَ مِنَ الشَّيْطَانِ، فَلْيَسْتَعِذْ مِنْ شَرِّهَا، وَلاَ يَذْكُرْهَا لِأَحَدٍ، فَإِنَّهَا لَنْ تَضُرَّهُ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 7045]
المزيــد ...

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o, belə demişdir: Mən, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:
“Sizdən biriniz xoşuna gələn bir yuxu görərsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə o, Allaha həmd etsin və onu danışsın. Əgər xoşlanmadığı bir yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda o, həmin yuxunun şərindən (Allaha) sığınsın və onu heç kəsə danışmasın. (Belə etsə,) o yuxu ona zərər verə bilməz".

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 7045]

Şərh (izah)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər verir ki, gözəl və sevindirici yuxular Allahdandır, buna görə də insan Allaha şükür etməli və bu yuxunu başqalarına danışmalıdır. Əgər o, xoşlanmadığı və kədərləndirən bir yuxu görərsə, bu, şeytandandır. Belə olan halda, o, şeytandan Allaha sığınmalı və bu yuxunu heç kimə danışmamalıdır. Çünki Uca Allah bu deyilənləri, yuxu nəticəsində yaranan biləcək zərərdən qorunma üçün səbəb etmişdir. ‏

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Svahili dili Taylandca Puştu Assam Amhar Holland dili Qücərat dili
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Yuxunun növləri: 1- Gözəl yuxu. Bu, insanın gördüyü və ya ona göstərildiyi haqq və Allahdan müjdə olan bir yuxudur. 2- Xəyal yuxusu. Bu, insanın oyaq vəziyyətdə olan düşüncə və fikirlərinin yuxuya əks olunmasıdır. 3- Şeytanın Adəm övladını yuxu vasitəsi ilə kədərləndirdiyi, qorxutduğu, narahat və qəm-qüssəli etdiyi yuxular.
  2. Gözəl yuxu haqqında qeyd olunanların xülasəsi üç şeydən ibarətdir: Gözəl yuxuya görə Allaha həmd etmək. Bununla sevinmək və şad olmaq. Bu yuxunu xoşlamadığı kimsələrə deyil, sevdiyi kimsələrə danışmaq.
  3. Xoşagəlməz yuxu haqqında qeyd olunanların xülasəsi beş şeydən ibarətdir: Onun və şeytanın şərrindən Allaha sığınmaq. Yuxudan oyandıqda sol tərəfinə üç dəfə yüngülcə tüpürmək. O yuxunu qətiyən heç kimə danışmamaq. Əgər yenidən yatmaq istəsə, yatdığı tərəfi dəyişsin, bu yuxu ona zərər verməz.
  4. İbn Həcər demişdir: Bunun hikməti ondan ibarətdir ki, gözəl yuxunu sevmədiyi birinə danışarsa, o, ya nifrət ya da həsəd səbəbi ilə yuxunu ona xoşuna gəlməyəcək bir şəkildə yoza bilər və yuxu yozulduğu kimi baş verə bilər və ya yuxu görən şəxs özünü bu səbəbdən kədər və sıxıntıya sala bilər. Buna görə də sevmədiyi bir kimsəyə yuxunu danışmaqdan çəkinmək əmri verilmişdir.
  5. Nemətlərin verilməsi və lütflərin yenilənməsi zamanı Allaha həmd edilməlidir. Çünki bu, onların davamlı olması üçündür.