عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضي الله عنهما أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ: اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ، حَلَّتْ لَهُ شَفَاعَتِي يَوْمَ القِيَامَةِ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 614]
المزيــد ...
Cabir bin Abdullah (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Kim azanı işitdiyi zaman: [Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqamən məhmudəni-l-ləzi va'adtəhu] «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır» – deyərək dua edərsə, Qiyamət günün şəfaətim ona vacib olar".
[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 614]
Peyğəmbər (sallallahu aleyhi və səlləm) izah edir ki, kim azanı eşidib, azan bitirdikdən sonra belə dyərsə:
(Bu dəvətin Rəbbi olan Allahım). Yəni: Bunlar, Allahın ibadətinə və namaza çağırmaq üçün oxunan azan sözləridir. (Tam). Yəni: Kamil. Tövhid və risalət dəvəti. (Qılınacaq namazın). Yəni: Davamlı, qılınacaq namaz. (Ver). Yəni: Əta et. (Muhəmmədə vasitəçilik haqqını). Yəni: Cənnətdə yalnız Peyğəmbərə (sallallahu aleyhi və səlləm) məxsus olan yüksək məqamı. (Və fəziləti). Yəni: Məxluqatın dərəcələrindən üstün olan dərəcəni. (Onu çatdır). Yəni: Ona bəxş et. (Təriflənən məqama). Yəni: Orada duran təriflənir. Bu, Qiyamət günü ən böyük şəfaətdir. (Ona vəd etdiyin). Yəni: Uca Allahın: (Bəlkə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin) (İsra: 79) ayəsində, bu məqamın yalnız Peyğəmbərə (sallallahu aleyhi və səlləm) məxsus olacağına dair verdin vədi.
Kim azandan sonra bu duanı deyərsə, Qiyamət günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəfaətinə layiq olar.