عَنْ عَبْدَ اللَّهِ بْنِ عَمْرِو بْنِ العَاصِ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنَّكَ لَتَصُومُ الدَّهْرَ، وَتَقُومُ اللَّيْلَ؟»، فَقُلْتُ: نَعَمْ، قَالَ: «إِنَّكَ إِذَا فَعَلْتَ ذَلِكَ هَجَمَتْ لَهُ العَيْنُ، وَنَفِهَتْ لَهُ النَّفْسُ، لاَ صَامَ مَنْ صَامَ الدَّهْرَ، صَوْمُ ثَلاَثَةِ أَيَّامٍ صَوْمُ الدَّهْرِ كُلِّهِ»، قُلْتُ: فَإِنِّي أُطِيقُ أَكْثَرَ مِنْ ذَلِكَ، قَالَ: «فَصُمْ صَوْمَ دَاوُدَ عَلَيْهِ السَّلاَمُ، كَانَ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا، وَلاَ يَفِرُّ إِذَا لاَقَى».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1979]
المزيــد ...
Abdullah ibn Amır ibn As (Allah Onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:
"Sən il boyu oruc tutur və gecələri də namaz qılırsan?". Mən: “Bəli” – dedim. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Əgər belə etsən, göz yorular və nəfs zəyifləyər. İl boyu oruc tutan, oruc tutmuş sayılmaz. Hər ayda üç gün oruc tutmaq, bütün ili oruc tutmaq kimidir". Dedim: “Mənim bundan da artığına gücüm çatır”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Elə isə Davudun (Aleyhissalam) orucunu tut. O, bir gün oruc tutar, bir gün iftar edərdi və (düşmənlə) qarşılaşdığı zaman qaçmazdı".
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 1979]
Peyğəmbərə (sallallahu aleyhi va səlləm) Abdullah bin Amrın (Allah Onların hər ikisindən razı olsun) il boyu davamlı olaraq oruc tutduğunu, heç vaxt iftar etmədiyini və bütün gecəni namaz qıldığını, yatmadığını xəbər verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Abdullahı belə ibadət etməkdən çəkindirdi və dedi: "Oruc tut və iftar et, gecə namazı qıl və yat". Peyğəmbər (sallallahu aleyhi va səlləm) onu fasiləsiz olaraq oruc tutmaqdan və bütün gecəni namaz qılmaqdan çəkindirərək belə buyurdu: Əgər belə etsən, gözlərin zəifləyəcək, içəri batacaq, nəfsin yorulacaq və bezəcəkdir. İl boyu oruc tutan, oruc tutmuş sayılmaz. Çünki o, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) əmrinə müxalif olaraq oruc tutub, iftar etmədiyinə görə orucun savabını qazanmamışdır. Daha sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona hər ayda üç gün oruc tutmağı tövsiyə etdi. Bu, ilin hamısını oruc tutmuş kimi savab qazandırır. Çünki hər gün on günə bərabər hesab olunur, bu da yaxşı əməlin mükafatını ən az çoxaldılmasıdır. Abdullah ibn Amır ibn As dedi: Mən bundan da artığını bacarıram. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona belə buyurdu: "Elə isə Davudun (Aleyhissalam) orucunu tut, çünki o, ən fəzilətli orucdur. O, bir gün oruc tutar, bir gün iftar edərdi. Davud (Aleyhissalam) düşmənlə qarşılaşanda döyüşdən qaçmazdı, çünki onun oruc tutma üsulu bədənini zəiflətməzdi.